Azərbaycan əlifbası və azərbaycan dili günü

Azərbaycan əlifbası və azərbaycan dili günü
  • Cəmiyyət

  • Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 

    Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai- siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. 

    Ana dilin hərtərəfli inkişafı , dövlət dilinə çevrilməsi , diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil , həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini , dinini, milli adət və ənənələrini unutmamalı , onları təbliğ etmidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: " Dil ədəbiyyatla , mədəniyyətlə , mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formolu yoxdur".

    Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli " Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlü bir sıra tədbirlər haqqında" Sərəncamı da Azərbaycan dilinin inkişafi və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 

    Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mənəvi nailiyyətlərinin yaranmasında, yaşamasıda və inkişafında və digər zəruri fəaliyyət sahələrində tərəqqisinə xidmət edir. Azərbaycan xalqının əlifbası tarixin müxləlif dövlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə , Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-ci illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istətinə nail olmağı qarşıya məqsəd qoymuşdu.



    Ülviyyə Məmmədova,
    Masallı rayon Bőyűk Xocavar kənd orta məktəbin műəllimi 

    PAYLAŞ:

    Oxşar xəbərlər