Bakıda və Abşeron yarımadasında mayın 29-da hava şəraiti əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən Leqal.Az-a verilən məlumata görə, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.
İstirahət və bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub istiqamətli külək əsəcək. Belə ki, mayın 29-da hava əsasən yağmursuz olacaq, cənub küləyi 5-10 m/s, gündüz arabir 12-14 m/s əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti olacaq.
Mayın 30-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub küləyi 3-8 m/s, gündüz şimal-şərq küləyi 3-8 m/s. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-28° isti olacaq.