Əli Rzazadənin “Onun hekayəsi” kitabının təqdimatı keçirilib

Əli Rzazadənin “Onun hekayəsi” kitabının təqdimatı keçirilib
  • Cəmiyyət

  • Tərcüməçi-yazar Əli Rzazadənin “Onun hekayəsi” kitabının təqdimatı keçirilib.

    Leqal.Az xəbər verir ki, təqdimat mərasiminə yazarın həmkarları, Sumqayıt və Bakı ziyalıları, müəllimlər və yazarın oxucuları iştirak etmişdi.

    “Onun hekayəsi” kitabı şərqşünas alim, Sumqayıt Dövlət Universitetinin müəllimi və MDM İB-nin üzvü olan Əli Rzazadənin sayca 7-ci kitabıdır.

    Qeyd edək ki, yazarın “Xocalıya ədalət” adlı əsəri Xocalı həqiqətlərini əks etdirən ilk ərəb dilinə nəşr edilmiş kitabdır və kitab bir neçə Ərəb ölkəsində nəşr edilib.

    Xatırladaq ki, Əli Rzazadə 1981-ci ilin mayın 23-də Masallı rayonunun Viləş kəndində (keçmiş Kalinovka) anadan olub. O, Şərq dilləri (ərəb və fars) üzrə mütəxəssisdir. Ə.Rzazadə hazırda pedoqoji fəaliyyətini Sumqayıt Dövlət Universitetində davam etdirir.




    PAYLAŞ:

    Oxşar xəbərlər