“SAHNA 2.0 - Effektiv natiq – Uğurlu Sahibkar! layihəsi uğurla başa çatıb

“SAHNA 2.0 - Effektiv natiq – Uğurlu Sahibkar! layihəsi uğurla başa çatıb
  • Cəmiyyət

  • Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, “Youth Inc” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Azerbaijan Public Speaking Competition” platforması çərçivəsində “SAHNA 2.0 - Effektiv natiq – Uğurlu Sahibkar! ” layihəsinin bağlanış mərasimi həyata keçirilib.

    Leqal.Az xəbər verir ki, bağlanış mərasimində Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, özəl qurumlar, gənclər təşkilatlarının rəhbər və nümayəndələri və gənclər iştirak edib.

    Tədbir çərçivəsində açılış nitqini edən Ülviyyə Axundova qonaqları salamlaraq təşkilatın fəaliyyəti, ictimai nitq ilə bağlı layihələri özündə birləşdirən “Azerbaijan Public Speaking Competition” adlı platforması barədə məlumat verib, 5 bölgə üzrə 150-dən çox gənci əhatə edən layihənin əsas məqsədinin ideyası, startapı və ya biznesi olan gənclərin, gənc sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirmək, investorlar qarşısında uğurlu çıxış etmələrinə kömək etmək, sahibkarlıq fəaliyyətinə dəstək olmaq olduğunu vurğulayıb.

    Tədbirdə Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev çıxış edərək təşkilatın fəaliyyətinin gənclərin inkişafındakı rolunu qeyd edib və finalçılara uğurlar arzulayıb.

    Daha sonra fərqli sahələrdə nitqin rolu və uğuru mövzusunda ADA Universitetinin proqram direktoru Şəfəq Mehrəliyeva, Whelp Inc və SmilePay MMC-nin baş icraçı direktoru Seymur Rəsulov, PwC Azerbaijan şöbə rəhbəri Aysel Həsənli, Altair Technologies MMC-nin baş icraçı direktoru və təsisçisi Balağa Cəfərovun iştirakı ilə gənclərlə dialoq şəklində panel müzakirəsi baş tutub.

    Panel müzakirəsindən sonra Bakı, Gəncə, Şəki, Mingəçevir, Lənkəran şəhərləri üzrə finala vəsiqə qazanan 5 iştirakçı öz təqdimatları əsasında çıxış ediblər. Onlar Bakı şəhərinin iştirakçısı Cəfərli Elçin, Gəncə şəhərinin iştirakçısı Əliyev Ramin , Lənkəran şəhərinin iştirakçısı Qənbərov Rüfət , Mingəçevir şəhərinin iştirakçısı Hacızadə Samirə və Şəki şəhərinin iştirakçısı Əliyeva Nərgiz olub. Nəticədə isə münsiflər heyətinin qərarı ilə layihənin qalibi Bakı şəhərinin təmsilçisi Elçin Cəfərli olub.

    Yekunda qalib və finalçılar təltif olunub.

    Qeyd edək ki, layihə çərçivəsində təlimlər mərhələsi 5 bölgə üzrə Bakı, Lənkəran, Gəncə, Şəki, Mingəçevir şəhərlərində həyata keçirilib. İştirakçılar təqdimat, natiqlik və ünsiyyət bacarıqları haqqında öyrəndikdən sonra mentorinq mərhələsində iştirak edərək praktiki biliklər əldə ediblər.
    Ümumilikdə, təqdimat, natiqlik və ünsiyyət bacarıqları mövzularında keçirilən təlimlər mərhələsində 150-dən çox gənc iştirak edib. Seçimlər əsasında isə mentorinq mərhələsinə Bakı və 4 bölgə üzrə 25 nəfər iştirak edib. Beləliklə, Final mərhələsinə hər bölgədən çıxışı ilə fərqlənən bir nəfər olmaqla 5 iştirakçı vəsiqə qazanıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər