Bibiheybət qəsəbəsində aparılan abadlıq işlərinin ikinci mərhələsi davam edir

Bibiheybət qəsəbəsində aparılan abadlıq işlərinin ikinci mərhələsi davam edir
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Səbail Rayon İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Bibiheybət qəsəbəsində aparılan abadlıq işlərinin davamı olaraq Namiq Quliyev küçəsində, eyni zamanda qəsəbənin sahilə yaxın hissələrində hal-hazırda abadlıq işləri həyata keçirilir. O cümlədən qəsəbədə yeni futbol meydançası, uşaq meydançaları və sakinlərin asudə vaxtlarının səmərəli istifadəsi üçün istirahət zonalarının yaradılması ilə əlaqədar abadlıq işlərinə başlanılıb.

    Bu barədə Səbail Rayon İcra Hakimiyyəti məlumat yayıb.

    Bildirilib ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov qəsəbədə aparılan əsaslı abadlıq işləri çərçivəsində həyata keçirilən tədbirlərin növbəti mərhələsinin icra vəziyyəti ilə tanışlığı zamanı sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri dinləmiş, onların rəy və təkliflərini nəzərə alaraq qaldırılan məsələlərin tez bir zamanda həll olunması, görülən işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

    Qeyd edək ki, N.Quliyev və Məktəbli küçələri boyunca aparılan abadlıq işlərinin birinci mərhələsi çərçivəsində qəsəbənin su, qaz, rabitə xətləri dəyişdirilmiş, kommunikasiya xətləri yenilənmiş, küçələrə daş piltələr döşənmiş, çoxsaylı yaşayış evlərinin dam örtükləri, qapı və pəncələri dəyişdirilmiş, fasadları yenilənmiş, əlavə eyvanlar və talvarlar qurulub.



    PAYLAŞ:

    Oxşar xəbərlər