Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 558 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 180, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9 718, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 591 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 481 759, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 326 364, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 827 053, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 098 441, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 229 901 nəfər təşkil edir.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər