Fərrux yüksəkliyində tapılan qalıqların Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxsə aid olduğu ehtimal edilir

Fərrux yüksəkliyində tapılan qalıqların Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxsə aid olduğu ehtimal edilir
  • Cəmiyyət / Maraqlı

  • Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkarlanması ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.

    "Leqal.az" xəbər verir ki, aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyni adlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aiddir.

    Faktla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparılır.

    ***
    Xocalı rayonunun Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb.

    "Leqal.az"ın məlumatına görə, qalıqlar Azərbaycanın Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.

    Qeyd edək ki, insan qalıqlarını Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən aşkarlayıblar.

    Hazırda faktla bağlı araşdırmalara başlanılıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər