Mehriban Əliyeva Mütəllibovun dəfni ilə bağlı göstəriş verib

Mehriban Əliyeva Mütəllibovun dəfni ilə bağlı göstəriş verib
  • Cəmiyyət / Maraqlı

  • Ötən gecə dünyasını dəyişən eks-Prezident Ayaz Mütəllibovun dəfn mərasiminə hazırlıq prosesi başlayıb.

    “Leqal.az” xəbər verir ki, bu barədə “Bizim.Media”ya Mütəllibovun köməkçisi Qulu Həsənoğlu məlumat verib.

    Onun sözlərinə görə, sabiq dövlət başçısının nəşi Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə “Heydər” məscidinə aparılıb:

    “Sağ olsun dövlətimiz, Ayaz müəllimin dəfn mərasimini boynuna götürüb. Cənazəni “Heydər” məscidinə apardıq. Bakı Şəhər İcra Hakimiyyətindən də nümayəndələr gəlmişdi”.

    Xatırladaq ki, 84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər