Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  • Cəmiyyət / Maraqlı

  • Bakıda və Abşeron yarımadasında martın 26-da gün ərzində arabir yağış yağacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 4-6°, gündüz 8-12°, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər