Sabahın hava yağıntılı olacaq, külək əsəcək

Sabahın hava yağıntılı olacaq, külək əsəcək
  • Cəmiyyət / Maraqlı

  • Martın 25-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 4-6°, gündüz 7-9°, Bakıda gecə 4-6°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-5°, gündüz 10-15° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 15°, gündüz 0-5° şaxta olacaq.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər