Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda martın 23-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən “Leqal.az”a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında

    Havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir duman. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər