Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir
Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə (Facebook, İnstagram, TikTok, Youtube) istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir. Müsabiqənin əsas məqsədi milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərin tanıdılması və sosial şəbəkələr vasitəsilə təbliğ edilməsidir.
Müsabiqənin formatı: Müsabiqəyə Fond tərəfindən müəyyən edilmiş mövzular əsasında paylaşılan video formatlı statuslar qəbul ediləcək. Mövzunu tam əhatə edən, tutarlı, kreativ paylaşımlar müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən dəyərləndirilərək mükafatlandırılacaq.
Mövzular:
• yaxşılıq
• doğruluq
• vətənpərvərlik
• dini dəyərlər
• ailə dəyərləri
• əxlaq
• dostluq
Müsabiqə şərtləri:
• Video status yalnız Azərbaycan dilində olmalıdır
• Video status əhatəli, tutarlı, kreativ olmalıdır
• Videonun müddəti 2 dəqiqədən çox olmamalıdır
• Paylaşılan video orijinal olmalı və sosial şəbəkə istifadəçisinin özünün iştirakı ilə çəkilməlidir
• Paylaşılan statusda #mənəvidəyərlər həştəqi mütləq qeyd olunmalıdır
• Sosial şəbəkə istifadəçisi müəyyən edilmiş mövzulardan yalnız birini seçə bilər
• Sosial şəbəkə istifadəçisi seçdiyi mövzuda yalnız bir video paylaşa bilər
• Müsabiqədə yalnız 16 mart – 16 may 2022-ci il tarixləri ərzində Facebook, İnstagram, TikTok və ya Youtube sosial şəbəkəsində paylaşılan video
statuslar iştirak edəcək
QEYD: Müsabiqə çərçivəsində hazırladığınız videonu paylaşdıqdan sonra videonun orijinalını və paylaşım linkini [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Mükafat:
I yer - 1000 AZN
II yer - 700 AZN
III yer - 500 AZN
Həvəsləndirici mükafat – 300 AZN (5 nəfər)
Müsabiqənin müddəti: 16 mart – 16 may 2022-ci il
Əlaqə:
Tel: (012) 464-92-55;
Mob: (055) 629-62-60
Fax: (012) 464-92-57
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)