199 Azərbaycan vətəndaşı Ukraynadan Moldovaya keçib - RƏSMİ

199 Azərbaycan vətəndaşı Ukraynadan Moldovaya keçib - RƏSMİ
  • Cəmiyyət / Maraqlı

  • “Ukraynadakı səfirlik və konsulluqla gündəlik əlaqə saxlanılır”.

    "Leqal.az"ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.

    Ceyhun Bayramov deyib ki, XİN və səfirlik Azərbaycan vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etməyi, evlərində qalmaq tövsiyə olunub:

    “Hazırda əsas marşrutlarda tıxac var. Əsas odur ki, vətəndaşlar təhlükəsiz yerlərdə olsunlar. Eyni zamanda, Ukraynaya qonşu ölkələrdəki səfirliklərimiz əlaqələndirmə işləri həyata keçirir Dünən və bu gün ümumilikdə 199 nəfər Ukraynadan Moldovaya keçib”.

    XİN başçısı qeyd edib ki, Ukraynanın qərbindəki ölkələrə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş qaydada keçidi ilə bağlı iş aparılır:

    “Ukraynadan Moldovaya keçən Azərbaycan vətəndaşlarının Vətənə gətirilməsi üçün iş aparılır. Həmin vətəndaşların hava yolu, yaxud avtobuslarla Azərbaycana gətirilməsi üzərində araşdırma aparılır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər