Gələn ay Azərbaycanda bayramlara görə 9 gün iş olmayacaq

Gələn ay Azərbaycanda bayramlara görə 9 gün iş olmayacaq
  • Cəmiyyət / Maraqlı

  • Gələn ay 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün iş olmayacaq.

    "Leqal.az"ın xəbərinə görə, Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-i, həftənin çərşənbə axşamı qeyri-iş günüdür.

    Martın 20-24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Əmək Məcəlləsinə əsasən martın 20-i bazar gününə təsadüf etdiyindən iş və
    istirahət günlərinin yeri dəyişdiriləcək və ayın 25-i qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə, bazar gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

    Martın 28-də isə növbəti iş günüdür.
    PAYLAŞ:

    Oxşar xəbərlər