Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edib.
2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar - Yeni il bayramı;
20 yanvar - Ümumxalq hüzn günü;
8 mart - Qadınlar günü;
20, 21, 22, 23, 24 mart - Novruz bayramı;
9 may - Faşizm üzərində qələbə günü;
13,14 may - Ramazan bayramı;
28 may - Respublika günü;
15 iyun - Azərbaycan xalqının milli qurtuluş günü;
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
20,21 iyul - Qurban bayramı;
8 noyabr - Azərbaycan Respublikasının Zəfər günü;
9 noyabr - Azərbaycan Respublikasının Dövlət bayrağı günü
31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü.
2021-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş
həftəsində 4 yanvar, 25, 26 mart, 10 may, 28 iyun tarixləri, altıgünlük iş həftəsində 25 mart, 10 may tarixləri istirahət günləridir.