Bakıdakı "Formula 1" yarışının proqramı açıqlanıb

Bakıdakı "Formula 1" yarışının proqramı açıqlanıb
  • Cəmiyyət / Maraqlı

  • "Formula 1" üzrə Azərbaycan Qran-prisinin proqramı bəlli olub.

    "Leqal.az" Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabına istinadən xəbər verir ki, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.

    Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək.

    İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu olacaq.

    Nəhayət, iyunun 12-də əsas yarış saat 15:00-da start götürəcək.

    Qeyd edək ki, "Formula 1"də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.


    PAYLAŞ:

    Oxşar xəbərlər