Hava haqqında məlumat

Hava haqqında məlumat
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda fevralın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 2-5, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər