Mütəxəssis: “Koronavirus artıq ağciyər toxumasına nüfuz etmək qabiliyyətini itirib”

Mütəxəssis: “Koronavirus artıq ağciyər toxumasına nüfuz etmək qabiliyyətini itirib”
  • Cəmiyyət / Maraqlı

  • “Koronavirus infeksiyası mutasiya nəticəsində ağciyər toxumasına nüfuz etmək qabiliyyətini itirib. Belə ki, “Omikron” əsasən yuxarı tənəffüs orqanlarına təsir göstərir, bu isə öz növbəsində xəstəliyi daha yüngül keçirməyə səbəb olur”.

    Bu açıqlama ilə “Rospotrebnadzor”un sədri Anna Popova çıxış edib.

    Bununla belə mütəxəssis hesab edir ki, “Omikron”un yuxarıda qeyd olunan təhlükəli tendensiyadan tamamilə uzaq olduğunu söyləmək də düzgün olmaz.

    Mütəxəssis əlavə edib ki, müxtəlif ölkələrin alimləri, o cümlədən Rusiyadan olan tədqiqatçılar virusun daim dəyişdiyini bildirir:

    “Bu onun xüsusiyyətidir, çünki onsuz yaşaya bilməz. Beləliklə, o, insan orqanizminə uyğunlaşmağın ən yaxşı formasını axtarır”.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər