Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 min 186 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, indiyədək ölkədə ümumilikdə 658 min 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 625 min 23 nəfər müalicə olunaraq sağalıb, 8 min 734 nəfər vəfat edib, aktiv xəstə sayı 24 min 713 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 232, ötən müddət ərzində isə ümumilikdə 6 milyon 156 min 388 test aparılıb.
LEQAL.AZ