Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə musiqili atəşfəşanlıq başlayıb.
Leqal.az xəbər verir ki, Dənizkənarı Bulvarda baş tutan atəşfəşanlıq karifey bəstəkarların musiqilərinin müşayiəti ilə keçirilib.
Qeyd edək ki, Zəfər Günü paytaxtla yanaşı, respublikamızın bölgələrində, eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində qeyd olunmaqdadır.
Üçrəngli bayrağımızın kölgəsində Şuşa şəhərinin azadlığı əbədi olacaq.