Mənəvi Dəyərlərin Təbliği Fondu din xadimləri və dini icma sədrləri arasında müsabiqə elan edir

Mənəvi Dəyərlərin Təbliği Fondu din xadimləri və dini icma sədrləri arasında müsabiqə elan edir
  • Cəmiyyət

  • Mənəvi Dəyərlərin Təbliği Fondu 8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizdə fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri (İslam və qeyri-islam) arasında “Din-milli birliyimizin təminatçısı kimi” adlı müsabiqə elan edir.

    Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı kateqoriyalar və istiqamətlər üzrə qəbul ediləcək:

    Kateqoriyalar:

    1. Məqalə (Arial 12 şrift, 1.5 aralıq, A4 vərəq, maksimum 3 səhifə)

    2. Şeir (maksimum 7 bənd)

    3. Hekayə (Arial 12 şrift, 1.5 aralıq, A4 vərəq, maksimum 3 səhifə)

    İsiqamətlər:

    1. Vətən Müharibəsində dini-mənəvi dəyərlərin rolu

    2. Azərbaycanda məzhəblərarası qardaşlıq

    3. Dinlərarası münasibətlərdə Azərbaycan ənənəsi

    4. Dini həmrəyliyə təsirlər və təhdidlər

    5. Dünyəvi dövlətdə dini icmaların fəaliyyəti

    Müsabiqənin şərtləri:

    1. Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir kateqoriya və bir istiqamət üzrə material təqdim edə bilər.

    2. Müsabiqəyə təqdim edilən material müəllifin özünə məxsus olmalı, plagiat xarakteri daşımamalıdır.

    Qeyd 1: Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları materialları Mənəvi Dəyərlərin Təbliği Fonduna aşağıdakı formalardan birini seçməklə təqdim edə bilər:

    1) [email protected] elektron poçt ünvanına göndərməklə

    2) elektron daşıyıcıda (disk, fləşkart) birbaşa və ya poçt vasitəsilə

    Qeyd 2: Müsabiqə materialları Fonda təqdim olunan zaman aşağıdakı məlumatlar mütləq qeyd edilməlidir:

    1) Ad, soyad, ata adı

    2) Əlaqə nömrəsi

    3) Vəzifəsi göstərilməklə din xadimi kimi fəaliyyət göstərdiyi ibadət yerinin adı

    4) Sədri olduğu dini icmanın adı

    MÜKAFAT

    I yer (bir nəfər)- 800 AZN

    II yer (iki nəfər)- 600 AZN

    III yer (üç nəfər)- 400 AZN

    Hər biri 150 AZN olmaqla 5 həvələndirici mükafat

    SON MÜRACİƏT TARİXİ: 2 noyabr 2021-ci il

    Əlaqə: Tel: 012-464-92-55

    Email: [email protected]

    Feysbuk hesabı: Mənəvi Dəyərlərin Təbliği Fondu

    Ünvan: Bakı şəhəri, Tbilisi pros.35 (ASK Plaza 4-cü mərtəbə)
    PAYLAŞ:

    Oxşar xəbərlər