Qəhrəmanlara “YAŞAT” qayğısı

Qəhrəmanlara “YAŞAT” qayğısı
  • Cəmiyyət

  • Cənab Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli 685 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi qısa bir müddət ərzində qeyri neft sektorunda beynəlxalq səviyyədə bir brend olaraq tanındı. 2014-cü ildə BMT-nin Dövlət Xidmətlərinin Təkmilləşdirilməsi sahəsində elan olunan müsabiqədə Agentlik OHSAS-2007, ISO-9001 Sertifikatlarına, müxtəlif diplom və mükafatlarla dünyada şöhrət qazanmışdır. Belə bir brendin tabeliyində cənab Prezidentin təşəbbüsü ilə 27 sentyabr 2020-ci ildə baş vermiş “Vətən Müharibə”-sində yaralanan və şəhid olan qazilər və şəhid ailələrinə, onların sosial rifahını yaxşılaşdırmaq və qazilərimizin müalicəsi ilə əlaqədar “YAŞAT” Fondu yaradılmışdır. Buna görə də Azərbaycan şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə dünya miqyasında nümunə sayılır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib.

    Ölkə Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılan YAŞAT Fondu əslində cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Fondun vəsaiti də Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. İndiyədək Fondda 62 milyon manatdan çox vəsait toplanmışdır. Toplanan bu vəsaitin hesabına müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmiş, ehtiyacı olan bütün qazilərə və şəhid ailələrinə müxtəlif təyinatlı köməklik edilir.Onların xaricdə müalicə olunmasına xüsusi diqqət olunub.

    Şəhid ailələrinə mənzillərin tikilməsi, o cümlədən dövlətimiz tərəfindən müxtəlif sosial qayğılar göstərilir. Şəhid, qazi ailələri üçün tikilən çoxmənzilli yaşayış binlarının, şəhərçiklərin açılışlarında dəfələrlə ölkə Prezidenti və Birinci xanım iştirak edib, öz xeyir-dualarını veriblər. Dövlətimiz hər zaman şəhid ailələrinin, müharibə iştirakçılarının, və qazilərimizin yanındadır.


    Gülcahan Vəkilzadə,  
    Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
    PAYLAŞ:

    Oxşar xəbərlər