Masallı Rayon İcra Hakimiyyətinin başçısı Hüseynhacılı dairəsində aparılan abadlıq işləri ilə tanış olub

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Hüseynhacılı dairəsində aparılan abadlıq işləri ilə tanış olub
  • ---

  • Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov və aidiyyəti qurumların rəhbərləri ilə birlikdə Hüseynhacılı dairəsində aparılan abadlıq və quruculuq işləri ilə yerində tanış olub.
    Baxış zamanı ərazidə həyata keçirilən abadlıq tədbirləri, yaşıllıq sahələrinin salınması, səliqə-sahman və təmizlik işləri, yol kənarlarının abadlaşdırılması və ümumi estetik görünüşün yaxşılaşdırılması istiqamətində görülən işlər nəzərdən keçirilib.

    Rayon rəhbəri görülən işlərin keyfiyyətinə diqqət yetirərək ərazinin daha da abadlaşdırılması, yaşıllıqların qorunması və təmizliyin daim yüksək səviyyədə saxlanılması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

    Qeyd olunub ki, Masallı rayonunun əsas giriş istiqamətlərindən biri olan Hüseynhacılı dairəsinin müasir və səliqəli görünüşü rayon sakinlərində məmnunluq yaratmaqla yanaşı, rayona gələn qonaqlarda da xoş təəssürat formalaşdırır. Bu baxımdan həyata keçirilən abadlıq-quruculuq işləri rayonun ümumi simasının daha da gözəlləşdirilməsinə xidmət edir.
    Bildirilib ki, rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər