Müxtəlif komissiyalar üzrə qeydiyyatdan keçmiş abituriyentlər eyni məzmuna malik fənn üzrə imtahan verən zaman həmin komissiyaların hər hansı birində aldığı müsbət qiymət digər komissiyaların da həmin fənn üzrə imtahanına şamil edilir.
Bu barədə LEQAL.AZ-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki,
10, 11, 12-ci komissiyalar üzrə rəsm fənni imtahanının məzmunu eynidir. Buna görə də abituriyentin rəsm fənni üzrə bu üç komissiyanın hər hansı birində aldığı müsbət qiymət digər iki komissiyanın bu fənn üzrə imtahanlarına da şamil edilir.
10 və 11-ci komissiyalar üzrə rəngkarlıq imtahanının məzmunu eyni olduğuna görə abituriyentin bir komissiyadan aldığı müsbət qiymət digər komissiyaya şamil edilir. 10 və 11-ci komissiyalar üzrə abituriyentin rəngkarlıq fənnindən aldığı müsbət qiymət 15-ci komissiyaya şamil edilir.
14 və 15-ci komissiyalar üzrə rəsm fənni imtahanının məzmunu eyni olduğuna görə abituriyentin bir komissiyadan aldığı müsbət qiymət digər komissiyaya şamil edilir. 14 və 15-ci komissiyalar üzrə abituriyentin rəsm fənnindən aldığı 6 bal və daha yuxarı qiymət 13-cü komissiyaya şamil edilir.
67-ci komissiya üzrə abituriyentin rəsm fənnindən aldığı 6 bal və daha yuxarı qiymət 70-ci komissiyaya şamil edilir.
87-ci komissiya üzrə abituriyentin rəsm fənnindən aldığı 6 bal və daha yuxarı qiymət 81-ci komissiyaya şamil edilir.
40-cı komissiya üzrə qabiliyyət imtahanında məqbul qiymət alan abituriyentin nəticəsi 77-ci komissiyaya şamil edilir.
20, 21, 22, 23, 24, 25, 28, 26, 36, 27, 29, 30 və 31-ci komissiyalar üzrə qabiliyyət imtahanı verib müsbət qiymət alan abituriyent ixtisas seçimi zamanı 32-ci komissiyanın ixtisaslarını qeyd edə bilər.
20, 21-ci komissiyalardan müsbət qiymət alan abituriyent 31-ci komissiyanın müvafiq ixtisaslarını seçə bilər. 22-ci komissiyadan müsbət qiymət alan abituriyent 23-cü komissiyanın müvafiq ixtisaslarını seçə bilər.
68, 69, 71, 72, 73, 74 və 75-ci komissiyalar üzrə qabiliyyət imtahanı verib müsbət qiymət alan abituriyent ixtisas seçimi zamanı 76-cı komissiyanın ixtisaslarını qeyd edə bilər.
61-ci komissiya üzrə qabiliyyət imtahanında məqbul qiymət alan abituriyentin nəticəsi 62-ci komissiyaya şamil edilir.
78-ci komissiya üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri 79-cu komissiyaya şamil edilir.
84-cü komissiya üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri 85-ci komissiyaya şamil edilir.
Diqqət: Qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda mümkündür.