20 Yanvar hadisəsi Azərbaycanın istiqlal yolunun zirvəsidir

20 Yanvar hadisəsi Azərbaycanın istiqlal yolunun zirvəsidir
  • Təhsil

  • LEQAL.AZ-ın məlumatına görə, Qafqazşünaslıq İnstitutunda 20 Yanvar hadisəsi ilə bağlı onlayn dəyirmi masa keçirilib.

    Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı çıxış edərək 20 Yanvar faciəsinin tarixindən, ümummilli lider Heydər Əliyevin bu hadisənin siyasi qiymətləndirilməsi yolunda atdığı addımlardan söz açıb.

    Elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru Ramilə Dadaşova 20 Yanvar hadisəsi ilə bağlı bəyanatları diqqətə çatdırıb.

    Sonra şöbə müdirləri məruzə edərək, 20 Yanvar hadisəsinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu, həmçinin Azərbaycanın şanlı tarixinin, istiqlal yolunun zirvəsi olduğunu qeyd ediblər. Vurğulanıb ki, şəhidlərimiz azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin rəmzi kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər