“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Həsənəli xan Qaradaği

“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Həsənəli xan Qaradaği
  • Təhsil

  • Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

    Nazirlikdən LEQAL.AZ-a bildirilib ki, layihənin növbəti tarixi siması görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq, teatr xadimi Həsənəli xan Qaradağidir. O, 1848-ci il yanvarın 28-də Şuşada anadan olub.

    Qaradaği istedadlı bir şair kimi şöhrət tapmaqla yanaşı, 1860-cı illərin sonundan müəllimlik fəaliyyətinə başlayıb. Evində uşaqlara dərs deyən Həsənəli xan Qaradaği şagirdlərinə dərsi özünün tərtib etdiyi sadə üsulla - təbaşir və yazı lövhəsi ilə parta arxasında ana dilində keçirdi. Dərs zamanı yazı lövhəsi və partadan ilk olaraq istifadə edən məhz Həsənəli Xan Qaradaği olub.

    Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbəsinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər