“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir

“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir
  • Təhsil

  • Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

    Nazirlikdən LEQAL.AZ-a bildirilib ki, layihənin növbəti tarixi siması Mehdi Mehdizadədir. O, 1903-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) və bir müddət Qaryagin (Füzuli) şəhərində fizika və riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub.

    Mehdi Mehdizadənin təhsilimizin, elmimizin inkişafında mühüm rolu vardır. Akademik Mehdi Mehdizadə təhsil idarəçiliyi sahəsində əsl məktəb yaradıb. Böyük pedaqoqun yaratdığı həmin məktəb bu gün də öz əhəmiyyətini itirməyib.

    Xatırladaq ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər