Bakıda daha iki məktəb COVID-ə görə BAĞLANDI

Bakıda daha iki məktəb COVID-ə görə BAĞLANDI
  • Təhsil

  • Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən Rəşid Baxışov adına 218 nömrəli orta məktəb distant təhsilə keçir.

    "Leqal.az"ın əldə etdiyi məlumata görə, təhsil müəssisəsində müəllim və şagirdlər arasında COVID-19-a kütləvi yoluxma qeydə alınıb. Bununla bağlı məktəbdə tədris sabahdan etibarən bir həftə müddətinə distant formada davam etdiriləcək.

    Bildirilib ki, 218 nömrəli məktəbdə 9 müəllim, 7 şagird və 5 texniki işçidə koronavirusa yoluxma qeydə alınıb.

    Qeyd edək ki, hazırda məktəbdə 159 müəllim çalışır, 4000-ə yaxın şagird kontingenti var.

    ***
    saat 10:25

    Bakıdakı 66 nömrəli "Tərəqqi liseyi" distant təhsilə keçib.

    Müəllimlər və şagirdlər arasında kütləvi yoluxma səbəbindən məktəb bağlanıb.

    Qeyd edək ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, məktəblərdə karantin müddəti 1 həftəyə endirilib. //Lent.az

    Mənbə: LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər