Bakıda yanğın olan məktəbdə dərslər hansı formada keçiriləcək?

Bakıda yanğın olan məktəbdə dərslər hansı formada keçiriləcək?
  • Təhsil

  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş verən yanğınla bağlı açıqlama yayıb. 

    Qurumdan verilən məlumata görə, yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib:

    “Yanğın məktəbin ikinci mərtəbəsində qeydə alınıb. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.

    Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb”.

    Qeyd edilib ki, bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.

    09:00

    Bakı şəhərində məktəbdə yanğın olub.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

    Yanğın zamanı xəsarət alan olmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər