Bu gün Azərbaycanda Bilik Günüdür.
LEQAL.AZ xəbər verir ki, koronavirus pandemiyasına görə Azərbaycanın ali və orta məktəblərində dərslər sentyabrın 15-də başlamayacaq.
2004-cü ilə qədər Bilik günü sentyabrın 1-nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb.
Belə ki, 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.