Ömrünün yarı hissəsini gənc nəsilin təlim-tərbiyəsinə həsr etmiş Gəncəli müəllimə

Ömrünün yarı hissəsini gənc nəsilin təlim-tərbiyəsinə həsr etmiş Gəncəli müəllimə
  • Təhsil

  • Rahilə Yusuf qızı Novruzova 29 may 1954 ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur.

    Rahilə müəllimə ömrünün 50 ilini Gəncədə baş müəllimə işləmiş, 15 ildən çox "Hüquq və Səlahiyyət qəzetinin redaktoru vəzifəsində çalışmış, həmçinində "Əmək Veteranı" adı təqdim edilmişdir.

    Bu gün yetişən bilikli, parlaq, cəsur, igid Azərbaycan gənclərinin tərbiyəsinə ömrünün uzun illərini vermişdir.

    Şagirdlərinin hər probleminə qayğı ilə yanaşan Rahilə müəllimə, onların hər dərdinə ana nəvazişi ilə dəstək olmuşdur. Rahilə Yusuf qızı Novruzova
    1977-ci ildə Gəncə Pedoqoji İnstitutunu bitirmişdir.

    1973-cü ildən Gəncə şəhər kənd təsərrüfatı texnikumunda fəaliyyətə başlamışdır.

    Ömrünün son günlərinədək  Gəncə Dövlət Universitetinin Nəznində regional Kollecində Azərbaycan dili ,Ədəbiyyat fənnini tədris etmişdir.

    Ömrünün yarı hissəsini təhsilə sərf edən Gəncəli müəllimə 5 ildən çox idiki Qaraciyərin Serrozundan əziyyət çəkirdi.

    Həkimlərin uzun zamandır apardığı müalicə təəssüflər olsun ki, nəticə verməmiş, Rəhilə müəllimənin qara ciyərindəki serroz daha da kritik hal almışdır.

    Rahilə Novruzova 2021-ci il 05 iyul tarixində Gəncə şəhərində vəfat etmişdir.

    Biz inanırıq ki, Rahilə müəllimə hərzaman tələbələrinin qəlbində yaşayacaqdır.!

    Allah Rəhmət Eləsin..!


    Müəllif: Altun Süleymanov,

    PAYLAŞ:

    Oxşar xəbərlər