ATƏT sədri Azərbaycanın humanitar addımını

ATƏT sədri Azərbaycanın humanitar addımını
  • Siyasət

  • “Saxlanılan 15 nəfərin Ermənistana qaytarılması və Azərbaycana minaların təmizlənməsi prosesini asanlaşdıracaq məlumatın təqdim edilməsini alqışlayıram”.

    LEQAL.AZ  xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Tvitter hesabında yazıb.

    “Etimadın qurulması üzrə tədbirlər Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar üçün atmosfer yaratmağa kömək edə bilər. Gürcüstan, ABŞ və Avropa İttifaqı ilə işləməkdən məmnunam”, - ATƏT sədri bildirib.

    Xatırladaq ki, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər