Rusiya, Almaniya və Fransadan birgə

Rusiya, Almaniya və Fransadan birgə
  • Siyasət

  • Rusiya, Fransa və Almaniya xarici işlər nazirləri Qarabağı müzakirə ediblər.

    LEQAL.AZ  xəbər verir ki, Sergey Lavrov, Jan-İv Le Drian və Hayko Maas telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədində baş verənləri, Dağlıq Qarabağdakı situasiyanı və 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrasını müzakirə ediblər.

    Yekunda Berlin, Moskva və Paris atəşkəs rejiminə ciddi əməl olunmasını, siyasi mübahisələrin dipomatik yolla həll edilməsinin vacibliyini vurğulayıblar. Nazirlər ATƏT-in Minsk qrupunun Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik rolunu təsdiqləsələr də, Moskva yalnız Bakı və Yerevanın razılığı ilə hər hansı beynəlxalq təşkilatın prosesə qoşula biləcəyini vurğulayıb./modern.az
    PAYLAŞ:

    Oxşar xəbərlər