Prezidentin köməkçisi: Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub, 10 nəfər yaralanıb

Prezidentin köməkçisi: Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub, 10 nəfər yaralanıb
  • Siyasət

  • Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozaraq Bərdəyə xain raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub, 10 nəfər yaralanıb.

    LEQAL.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

    Prezidentin köməkçisi qeyd edib ki, yaralananlar arasında qadınlar və uşaqlar var.

    Hikmət Hacıyev vurğulayıb ki, Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistanın Müdafiə Nazirliyi sərt hücumlar ediləcəyi barədə bəyanat vermişdi. Bununla onlar mülki şəxsləri – uşaqları və qadınları nəzərdə tuturdular.
    PAYLAŞ:

    Oxşar xəbərlər