PREZİDENTƏ YAZIRLAR: "Bu məktubu Sizə ürəkdən yazıram"

PREZİDENTƏ YAZIRLAR: "Bu məktubu Sizə ürəkdən yazıram"
  • Siyasət

  • Rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də bir sıra ölkələrin vətəndaşlarında böyük sevinc hissi yaradır. Onlar dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bu sevinc hisslərini bölüşürlər.

    LEQAL.AZ  Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

    Salam əziz və sevimli Prezidentimiz İlham Əliyev!
    Mənim 11 yaşım var. Bu məktubu Sizə ürəkdən yazıram. Sizə bütün Azərbaycan xalqı kimi biz məktəblilər də güvənir və Sizinlə qürur duyuruq. 27 sentyabrdan bu günə kimi hər axşam televizoru açıb çıxışınızı gözləyirik. Bilirik ki, Siz hər dəfə şad xəbərlərlə gələcəksiniz. Siz hər qarış torpağımızın işğaldan azad olunduğunu deyəndə mən ailə üzvlərimizlə birlikdə qürurlanır və sevinirik. Biz hamımız fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Eşq olsun Ali Baş Komandanımıza! Eşq olsun cəsur igidlərimizə! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
    Dərin hörmətlə,
    Gülnur Şükürzadə Ağahüseyn qızı,
    Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 5 "a" sinif şagirdi.
    Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.

    Bakı şəhər sakini Xələf Hümbətzadə: “Əziz Prezidentim, mən Bakı şəhəri 175 nömrəli orta məktəbin 5-ci sinif şagirdiyəm. Bizə hər gün verdiyiniz Qələbə sevincli xəbərlər məndə də ruh yüksəkliyi yaradır. Sizin apardığınız uzaqgörən və uğurlu siyasətinizi mən də heyranlıqla izləyirəm. Mən əminəm ki, Siz başda olmaqla Milli Ordumuz tez bir zamanda bütün torpaqlarımızı erməni işğalından qurtaracaq. Çünki biz haqq yolundayıq. Sizə bu yolda uğurlar arzulayıram. Allah Sizi qorusun! Qarabağ Azərbaycandır!”.

    Şəki sakini Elçin Həşimov: “Hörmətli cənab Prezident, azad edilmiş torpaqlarda Azərbaycan bayrağının dalğalanması barədə kadrları izlədikcə ürəyimiz qürurla doldu. Zəfər xəbərləri xalqımızı yeni qələbələrə ruhlandırdı. Cənab Prezident, hər bir azərbaycanlının qəlbi cəbhədə döyünərkən məhkumluq həyatı yaşayan bizlərin ürəyi də cəbhədədir. Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərə könüllü olaraq qatılmaq mənim üçün xoşbəxtlik və şərəf olardı. Şanlı Vətənim üçün canımdan və qanımdan keçməyə hazıram. Məhkumluq həyatımın bitməsinə bir neçə ay qalıb. Mən isə bir ömür boyu Vətənin keşiyində durmağa, şəhidlərimizin qanını almağa, torpaqlarımızı işğaldan azad etməyə hazıram”.

    Lerik sakini Dilqəm Məmmədov: “Cənab Ali Baş Komandan, ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı kimi Sizi daim dəstəkləyir və Sizə sonsuz minnətdarlığımızı bildiririk. İnkişaf yolunda olan Azərbaycan Respublikasının başçısı kimi Siz öz sevgi dolu qəlbinizlə bütün çətinlikləri aşaraq, fəxarətlə xalqımızın xidmətində dayanırsınız. Biz hər zaman Sizin uğurlu siyasətinizi dəstəkləyir və alqışlayırıq. Düşmən tapdağından azad etdiyiniz hər qarış torpağımızın qələbə sevincini bizə yaşadırsınız. İnşallah, tez bir zamanda bütün xalqımızla birgə tam qələbə sevincini yaşayarıq. Biz Sizə inanırıq və sona qədər düşmənlə mübarizə aparmağa hazırıq. Qarabağ Azərbaycandır!”.

    Füzuli sakini İlham Yusifovun məktubunda deyilir: “Möhtərəm cənab Prezident, Füzuli rayonu Gecə Gözlü kəndinin 27 il işğaldan sonra Sizin və qəhrəman əsgərlərimizin şücaətləri sayəsində azad edilməsi münasibətilə Sizi və rəşadətli Ordumuzu ürəkdən təbrik edir, bütün həmkəndlilərim adından sonsuz minnətdarlığımı bildirirəm. Bütün xalqımız bu qələbələrin davamlı olacağına, üçrəngli bayrağımızın Şuşa qalası üzərində dalğalanacağına əmindir. Uca Tanrı bu haqq yolumuzu açıq və rəvan etsin! Qarabağ Azərbaycandır!”.

    Şəmkir sakini Nərmin Əliyeva: “Möhtərəm cənab Prezident, mən hər gün Sizin üçün dua edirəm. Allahdan Sizi qorumasını diləyirəm. Bugünkü qələbələr Sizin illərdən bəri yürütdüyünüz uğurlar nəticəsizdə qazanılır. Şəhid analarımızın qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah Ordumuza güc, əsgərlərimizə cansağlığı, qollarına qüvvət versin. Əminəm ki, az bir vaxtda düşmənə qalib gələcəyik. Müzəffər Ali Baş Komandan, mənim 16 yaşım var. Sizin uğurlu fəaliyyətinizdən, Ordumuzdan ruhlanaraq, bu yaşımda belə cəbhəyə getməyə, hər bir əmrinizə tabe olmağa hazıram. Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!”.

    Bakı şəhər sakini Zahid Əzimov: “Çox hörmətli cənab Prezident, Sizə bu məktubu ünvanlayan Bakı şəhər sakini, keçmiş döyüşçü Əzimov Zahid Hüseyin oğludur. Son günlər Sizin başçılığınızla müzəffər ordumuzun mənfur düşmənə vurduğu ağır zərbələrə və torpaqlarımızın bir hissəsinin azad olunmasına görə Sizə şəxsən öz adımdan və ailəm adından minnətdarlığımı bildirirəm. Bu Vətən müharibəsində tutduğunuz haqq yoluna və sərt mövqeyinizə görə Sizə təşəkkür edirəm. Keçmiş bir döyüşçü kimi, Sizin hər bir əmr və göstərişlərinizə əməl etməyə həmişə hazıram. Bu haqq savaşında Sizə və qalib ordumuza Allahdan müvəffəqiyyət, zəfər və qələbə arzu edirəm. Bu günlərdə qazandığımız qələbələrə görə özümü çox xoşbəxt sanıram və bu gözəl ölkənin vətəndaşı olmağımla fəxr edir, qürur duyuram. Şuşada, Laçında, Xankəndidə keçiriləcək qələbə paradında Sizinlə birlikdə iştirak etmək ən böyük arzumdur. İnanıram ki, o günə az, çox az qalıb. Cənab Ali Baş Komandanımız, Azərbaycan adlı möhtəşəm ordunun müzəffər Sərkərdəsi, qoy Qadir Allah Sizi, ölkəmizi, Ordumuzu və xalqımızı daima zəfərdən-zəf
    PAYLAŞ:

    Oxşar xəbərlər