Qarabağda ən vacib yollardan biri hesab edilən Qırmızı Bazar-Şuşa yolu ilə bağlı yeni xəbər var.
LEQAL.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, yol yerli qanunsuz birləşmələrin nəzarətindən alınaraq, Rusiya sülhməramlı missiyasının nəzarəti altına keçəcək.
Bununla da, yolda hərəkət qrafikini yalnız rusiyalı hərbçilər tənzimləyə biləcək.
Bu da o deməkdir ki, Azərbaycan Ordusunun Xocavənd rayonunun Qırmızı Bazar kəndi ilə Şuşa şəhəri arasındakı yoldan daha intensiv istifadə etməsinə şərait yaranacaq.(unikal.org)