Rusiya tərəfinin bu vacib məsələlərə göstərdiyi yanaşma və cənab Kozakın təklif etdiyi nəticələrin manipulyasiya xarakteri daşıması bizi narahat edir. Buna görə, heç bir halda Rusiyanın 19 mart tarixli məktubundakı təkliflərlə razılaşa bilmərik.
LEQAL.AZ axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak çıxış edib.
Yermak Rusiyanın "Normandiya formatı"nın siyasi müşavirlərinin videokonfrans formatında keçirilən görüşünü özünəməxsus şəkildə şərh etməsinə təəccübləndiyini deyib:
"Kiyev konkret qərarlar qəbul etmək, atəşkəs və münaqişəni bütövlükdə həll etmək üçün istənilən formatda müzakirələr aparmağa hazırdır".
Qeyd edək ki, Rusiya Prezident Administrasiya sədrinin müavini Dmitri Kozak "Normandiya dördlüyü"ndəki həmkarlarına görüşlərin təşkili prinsipini dəyişdirməyi təklif edib.