Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, “Hesabalama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Nəsir İbrahim oğlu Sadıqov Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini təyin edilsin.
2. Cavid Fəzail oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimova Azərbaycan Respublikası Hesablama Palatasının auditorları təyin edilsinlər.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri Sahibə Qafarova