İranda “Tehran dialoqu” forumu keçiriləcək

İranda “Tehran dialoqu” forumu keçiriləcək
  • Siyasət

  • Martın 16-da “Tehran dialoqu” forumunun keçiriləcək.

    LEQAL.AZ- xəbərinə görə, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib. O qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq videokonfrans formatında keçiriləcək forumda Körfəz ölkələrinin problemləri, Əfqanıstan məsələsi, Orta Asiya və Qafqazdakı vəziyyət müzakirə ediləcək.

    Avropa və Asiya ölkələrində fəaliyyət göstərən analitik mərkəzlərin nümayəndələri, dövlət xadimləri və beynəlxalq siyasi araşdırma institutlarının rəhbərləri forumda iştirak edəcəklər.
    PAYLAŞ:

    Oxşar xəbərlər