Yeni Azərbaycan Partiyasında (YAP) ləğv edilən Qadınlar Şurasının yerinə yeni şöbə yaradılıb.
oxu.az-ın xəbərinə əsasən, yeni yaradılan Gender siyasəti şöbəsi qadın siyasəti, qadınlarla iş fəaliyyətini həyata keçirəcək.
Qeyd edək ki, YAP-ın martın 5-də keçirilən VII qurultayı keçirilib. Qurultayda YAP-ın 40 nəfərdən ibarət yeni İdarə Heyəti formalaşıb, Siyasi Şura ləğv edilib, onun əvəzində Veteranlar Şurası yaradılıb.