Atılan addımlar və qəbul olunan qərərlar Azərbaycanın davamlı inkişafını təmin edir

Atılan addımlar və qəbul olunan qərərlar Azərbaycanın davamlı inkişafını təmin edir
  • Siyasət

  • Azərbaycan sosial - iqtisadi sahədə inkişaf etməklə öz imicini artırmışdır . Götürdüyü öhdəlikləri vaxtı - vaxtında yerinə yetirmiş və əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanmışdır .Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti son on ildə müasir müstəqil Azərbaycanın devizinə çevrildi. Həyata keçirilən inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss etməyə başladı. Çünki dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandı.

    Ölkəmiz hər zaman ədalətli qərarları ilə dünyada öz sözünü deyib. Bu haklı davamızda Türkiyə daima bizə dəstək olub. Nə xoş ki , qarşılıqlı olaraq bu gün də Türkiyə və bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir .

    Bu o deməkdir ki , biz bu gün ki , uğurumuzdan söz edə bilərik. Azərbaycan öz müttəfiqliyinə nail olub. Bəli bu gün , biz ölkə Prezidentinin düzgün siyasəti və müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində 44 günlük müharibə dövrünü qələbə ilə başa vurduq . Qürur hissi ilə qeyd edə bilərik ki, biz artıq işğal altında olan torpaqlarımızı düşməndən azad edərək, ərazi bütövlüyümüzü təmin etmişik. Qısa zamanda azad olunan ərazilərdə normal həyat şəraiti tam bərpa olunacaq.

    Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. Danılmaz həqiqətdir ki, hər bir xalqın və dövlətin taleyində, xüsusən də onun inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda böyük nüfuza malik liderə ehtiyac duyulur. Bu gün ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı kimi Prezident İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır.

    Müəllif: Kərimova Əfsanə,
    Masallı rayonu.
    PAYLAŞ:

    Oxşar xəbərlər