Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi.
Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli və uzaq görən siyasətinin nəticəsində 44 günlük müharibədə düşmənə sarsıdıcı zərbələrendirərək onu məğlub etdik. Dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da həyata keçirilməsi daha geniş hədəflərinin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir.
Ölkə başçımızın yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında Azərbaycanın beynəlxalq aləmdə imicinin hər zaman müsbət olduğunu söyləmişdir. Regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə Azərbaycan öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlaya bilmişdir.
Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanan Azərbaycan hər zaman etibar qazanıb, bərabər hüquqlu tərəfdaş kimi qəbul edilib. Xarici siyasət kursunda həmişə ardıcıl olan Azərbaycan istər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirib. Çox açıq və prinsipial siyasət yürüdən ölkə rəhbərimiz çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunub, onları izah edib.
Dövlətimizn xarici siyasətində heç bir gizli məqam yoxdur. Prezident İlham Əliyevin mətbuat konfransındakı çıxışı bir daha sübut etdi ki, Azərbaycan dövlətinin gücü, qüdrəti qarşısında heç bir maneə ola bilməz.
İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqının milli maraqlarını müdafiə edən qətiyyətli dövlət başçısıdır və Azərbaycan xalqı onu alternativsiz lider kimi qəbul edtmişdir.
Şövkət Şahbazova,
Masallı rayonu , Bədəlan kənd sakini.