BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olunub

BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olunub
  • Siyasət

  • Martın 7-dən başlayaraq Yaponiyanın Kyoto şəhərində BMT-nin Cinayətkarlığın Qarşısının alınması və Cinayət Ədliyyəsi üzrə 14-cü Konqresi davam edir.

    LEQAL.AZ xəbər verir ki, konqres zamanı qlobal cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə yönəlmiş Kyoto Bəyannaməsi qəbul olunub.

    Bu 5 illik proqram xarakterli mühüm sənəddə Azərbaycanın təkliflərinə əsasən milli maraqlarımıza cavab verən bir sıra müddəalar əksini tapıb.

    Qeyd edək ki, martın 12-nə qədər davam edəcək Konqresdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi, tərkibinə XİN, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti təmsil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər