Ermənistan seçim qarşısında: bu ölkə uzun müddət özünə gələ bilməyəcək

Ermənistan seçim qarşısında: bu ölkə uzun müddət özünə gələ bilməyəcək
  • Siyasət

  • LEQAL.AZ xəbər verir ki, Politoloqun fikrincə, bu gün Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələri Ermənistanın gələcəyi deyil, sadəcə hakimiyyətə sahib olmaq maraqlandırır

    Bu gün Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələri ölkənin gələcəyi deyil, sadəcə hakimiyyət maraqlandırır

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında çıxış edərkən Ermənistanın sülh istiqamətində atacağı addımlarla regional sabitliyin bir parçası olacağına ümid etdiklərini bildirib. Ərdoğan Ermənistanda baş verən proseslərə də toxunub və xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etməyəcəklərini deyib.

    Xatırladaq ki, 1993-cü ildə Azərbaycanın Kəlbəcər şəhərinin Ermənistan tərəfindən işğal edilməsindən sonra Türkiyə Ermənistan sərhədləri bağlanıb.

    Müxtəlif dövrlərdə Türkiyə-Ermənistan sərhəddinin açılması məsələsi gündəmə gəlsə də, Ermənistanın Türkiyəyə ərazi iddiaları və Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti sərhəd məsələsinin həllinə mane olub.

    Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da yerli və xaric media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirib. Prezident deyib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxır.

    Sputnik Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi və sərhədlərinin açılması ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.

    Politoloq deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsi 2009-cu ildə Sürix protokolları ilə gündəmə gəlmişdi, ancaq o zaman Azərbaycan iqtidarının sərgilədiyi birmənalı mövqe və Türkiyənin Azərbaycana verdiyi dəyər, onun maraqlarını nəzərə alması sərhədlərin açılmasını təxirə saldı:

    “Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri tərəfindən imzalanmış 10 noyabr bəyanatında region ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi təsbit olunub. Türkiyə tərəfi bəyanatda ifadə olunan bu məqamı müsbət qarşılayır. Onlar bildirir ki, ermənilər Qarabağa olan iddialarından əl çəkərlərsə, sərhədlərin açılması istiqamətində hər hansı problem yaşanmayacaq. Qeyd etməliyik ki, bu müharibədə məğlub olmuş Ermənistana verilmiş son şansdır. Ermənistan uzun illərdir iqtisadi məngənədə sıxışıb qalıb. Bu ölkənin iqtisadi kommunikasiyalara çıxışı İran vasitəsilə olub. Bu gün İran özü də şimal-cənub nəqliyyat dəhlizinin açılmasında maraqlıdır. Ehtimallar var ki, yaxın bir ay ərzində İran Avrasiya iqtisadi birliyinə qoşula bilər. Güman edirəm ki, İran bu mənada Paşinyan iqtidarına müəyyən təsirlər edə bilər. Ermənistanda yaşanan qeyri-sabitlik region ölkələri tərəfindən də pislənib. Bu da göstərir ki, Türkiyə Paşinyan iqtidarı ilə əməkdaşlığın qurulmasında maraqlıdır. Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi isə əldə olunmuş üçtərəfli razılığın icrasını sual altına qoya bilər. Bu qüvvələr müharibə ritorikasından çıxış etsələr də, reallıq ondan ibarətdir ki, Ermənistanın nə hərbi, nə də iqtisadi gücü yeni müharibə üçün yetərlidir. Azərbaycan 44 günlük müharibədə Ermənistana elə bir zərbə vurub ki, bu ölkə uzun müddət özünə gələ bilməyəcək”.

    Politoloqun fikrincə, bu gün Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələri Ermənistanın gələcəyi deyil, sadəcə hakimiyyətə sahib olmaq maraqlandırır:

    “Bu mənada Rusiya da digər region dövlətləri kimi Paşinyanın keçid dövrü üçün hakimiyyətdə qalmasında maraqlıdır. Ötən il Ermənistan tərəfindən Sevr müqaviləsinin müddəaları yenidən gündəmə gətirildi. Ermənistan həmin müqavilə ilə bağlı iddialarından geri çəkilməsini bildirməlidir. Əgər bu baş verməzsə, Türkiyə Ermənistanla hər hansı əməkdaşlığa getməyəcək. Bütün hallarda görünən odur ki, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilk planda dayanır. Qarabağın statusu ilə bağlı məsələlər kənarda saxlanılır. Amma düşünürəm ki, Rusiya bölgədə təsir imkanları qorumaq üçün manevrlər edə bilər”.



    PAYLAŞ:

    Oxşar xəbərlər