Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında verilən suallar müxtəlif mövzularından ibarət idi. Belə ki, Qarabağa Böyük Qayıdış, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, yeni əməkdaşlıq perspektivləri əsas istiqamətlərdən hesab olunur.
Azərbaycan Prezidentinin toxunduğu vacib məsələlərdən biri isə Ermənistanın azad edilmiş ərazilərdə minaladığı yerlərin miqyası və cografiyası ilə bağlı idi. Erməni vandalları uzun illər ərzində işğal altında olan ərazilərdə planlı şəkildə genişmiqyaslı terror hazırladığı bir daha dünyaya bəyan edildi. Aydın oldu ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən boyun qaçırması rekonstruksiya prosesinə mane olur. Çünki Azərbaycan bu əraziləri böyük resurslar və vaxt sərf etməklə qlobal bir təhlükəni aradan qaldırır. Ermənistan, ermənilər isə məqsədli şəkildə mülki əhalinin həlak olmasına, ərazilərin bərpasının yubanmasına çalışır ki, bu məsələyə aidiyyatı beynəlxalq qurumlar reaksiya verməlidir.
-Bu günlərdə Azərbaycanda bir çox tədbirlər keçirilir və bu tədbirləri işıqlandırmaq üçün xaricdən böyük bir jurnalist qrupu gəlmişdir. Mən onlara təşəkkürümü bildirirəm ki, bu hadisələri, bu soyqırımını işıqlandırmaq üçün bu gün Azərbaycandadırlar. Eyni zamanda, bilirəm ki, onların bəziləri azad edilmiş torpaqlara getmişlər, o dağıntıları öz gözləri ilə görmüşlər və bundan sonra da gedəcəklər. Buna görə bir daha dərin təşəkkürümü bildirirəm.
Mənə məlumat verildi ki, xarici jurnalistlər mənimlə görüşmək, müsahibə almaq istəyirlər. Onların sayının çox olmasını nəzərə alaraq, belə qərara gəldim ki, biz bu formatda görüşək. Təbii ki, pandemiya bizim işimizə də təsir göstərir. Amma hesab edirəm, bu canlı bağlantı imkan verəcək ki, mən jurnalistləri maraqlandıran suallara cavab verim, — deyə Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etmişdir.
Xarici jurnalistlər ölkə başçımızın əhatəli və hər tərəfli, obyektiv müsahibəsindən məmnun olmuş və dilə gətirmişlər ki, hələ dünyanın heç bir yerində bu qədər vaxtı, 4 saat ərzində jurnalistlərin «yağdırdığı» sualları cavablandırsın - cənab İlham Əliyev kimi…
Şükürov İbrahim Məmmədhüseyn oğlu,
Masallı rayonu, Qasımlı kənd sakini.