İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı
  • Siyasət

  • İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    LEQAL.AZ  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, buna dünən İranın İraqdakı səfiri İrac Mescidinin Türkiyənin İraqın suverenliyini pozmaqda ittiham etməsi, Türkiyəni İraqdakı qoşunlarını çıxarmağa çağırması olub.

    Türkiyə XİN-də səfir M. Ferazmendə bildirilib ki, Ankara Tehrandan terrorizmlə mübarizəyə qarşı çıxmaq deyil, terrorizmlə mübarizədə dəstək gözləyir.

     
    PAYLAŞ:

    Oxşar xəbərlər