Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətidədir.
LEQAL.AZ “Anadolu” agentliyinin istinadən xəbər verir ki, bu barədə Türkiyənin Kosmik Agentliyinin prezidenti Sərdar Hüseyn Yıldırım bildirib.
O deyib ki, Azərbaycanda Türkiyənin istifadə edə biləcəyi potensial var:
“Bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə digər ölkələrlə iş birliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətindəyik”.
Bundan başqa, kosmik sahədə hər iki ölkənin yüksək ixtisaslı peşəkar kadrlarının hazırlanmasında, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin aparılacağı qeyd olunub.