Qarabağdakı münaqişənin həllində Rusiyadan çox heç kim maraqlı deyil.
LEQAL.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" diskussiya klubunun iclasında bildirib.
Prezident deyib ki, bizim üçün bu, xüsusi vəziyyətdir. 1992-ci ildə yaradılmış qrupun həmsədrləri kimi Rusiya, Fransa və ABŞ-ın üzərinə məsuliyyət düşür. “Mən 100 faiz əminəm ki, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə can atırlar, lakin Rusiya kimi heç kim bunda maraqlı deyil”, - deyə Vladimir Putin vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycan və Ermənistan Rusiya üçün bərabər tərəfdaşlardır. O, Dağlıq Qarabağla bağlı kompromis tapmağı çox istədiyini qeyd edib.