İsrail Silahlı Qüvvələri Suriyada İrana bağlı hərbi qruplaşmalarının mövqelərini bombardman edib.
LEQAL.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Qrupu məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrail qırıcıları Suriyanın Əl-Qənitrə əyalətinin Hürriyyə kəndində İrana bağlı yaraqlıların mövqelərini bombardman edib. Hava hücumu nəticəsində İrana bağlı yaraqlıların silah anbarları məhv edilib.
Mümkün itkiləri barədə məlumat verilməyib.