Beynəlxalq hüququ yaradan iri dövlətlər bu gün beynəlxalq hüququn namusunu müdafiə etmək iqtidarında deyil. Onlar beynəlxalq hüquqa hörmət qoymadıqları üçün bu gün qapanmış vəziyyətdədir. Əslində bunu digər dövlətlərə də şamil etmək olar.
Bu fikirləri Teleqraf.com-a professor, hüquq elmləri doktoru Rüstəm Məmmədov beynəlxalq humanitar hüquq və onun tətbiqi haqqında danışarkən deyib.
Onun sözlərinə görə, beynəlxalq humanitar müdaxilə tarixən mövcud olub: “Beynəlxalq humanitar müdaxilə II Dünya Müharibəsi zamanı bir neçə dövlətin birləşməsi və Berlində alman hökumətini təslimə məcbur etməsi ilə nəticələnib. Sözsüz ki, sonradan alman dövlətini parçalayaraq özləri bildiyi kimi idarə etdilər. Hesab edirəm ki, Ermənistan da belə bir situasiya ilə qarşılaşa bilər. Bir müddət əvvəl qeyd etmişdim ki, Azərbaycan Ordusu İrəvana qədər gedib çıxa bilər. Mən bunu təsadüfən deməmişdim. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan dövlətlər də müdaxilə etməyəcək. Azərbaycan Ermənistanın qondarma paytaxtında bu saxta hökumətini sülhə məcbur edəcək. Çünki erməni həyasızlığı o səviyyədədir ki, onlar uduzduğu yerdə də deyəcəklər biz qalib tərəfik. Hər halda ehtimal edirəm ki, belə bir ideya gündəmə gələ bilər. Əslinə qalsa iki dəfə Gəncənin və Mingəçevirin raketlə vurulması, Tərtərin hər gün atəş altında olması, digər rayonlarımızda dinc insanların artilleriya atəşinə məruz qalması Azərbayanı dediyim ideya ilə dostluq etməyə çağırır”.
Beynəlxalq humanitar müdaxiləyə aydınlıq gətirən hüquq professoru xatırladır ki, bu, insan hüquqlarını pozan, mülki əhalini qətl edən dövlətin yerində oturudulmasını təmin etmək üçün ölkələrin birlikdə addım atmasıdır: “Yəni bəşəri dəyərlərin əleyhinə olan həmin ölkənin məğlub edilməsini təmin etməkdir. Deyim ki, hazırda KTMT-ə üzv olan ölkələr tam neytral deyil. Təəssüf ki, bu hərbi alyansda təmsil olunan bəzi türkdilli ölkələr Azərbaycana dəstəyini ifadə etməyib. Özbəkistan, Qazaxıstan və Tacikistanı nəzərdə tuturam. Onlar sanki Rusiyanı gözləyirlər. Moskvada da görür və anlayırlar ki, bu gün Ermənistan böyük qələt qaynadır. Onun cinayətlərini ört-basdır etmək mümkün deyil. Bu səbəbdən də Azərbaycan diplomatiyası maksimal dərəcədə KTMT-ni neytrallaşdırmalıdır. Bu quruma məlumatlar verməli, faktlar toplanmalıdır. Biz Ermənistanı başqa yolla yerinə oturda bilməyəcəyik. Ermənistana silah satıblar, bütün sərhəd boyu yerləşdiriblər və mülki insanlar qətl olunur. Odur ki, biz bu ölkələrin razılığını almalıyıq. O cümlədən, İranın da. Bundan sonra onları yerində “boğmalıyıq”. Başqa yolumuz yoxdur”.
Rüstəm Məmmədov hesab edir ki, ermənilərdən heç vaxt Azərbaycana dost olmayacaq: “Atalar sözü var: ilanın ağı, qarası olmaz. İlan məqam tapan kimi sancacaq. Ermənilər də ilan kimidir, onlardan nə dost, nə müttəfiq çıxacaq. Biz onları ilan kimi görməliyik. Onlara hər hansı bir status versək, sonradan yenidən bunun ağrısını çəkməli olacağıq”.